GündəmManşetSiyasət

Ermənistanın XİN başçısı Naçıvana gedən yolla bağlı vəziyyəti təhrif etməyə çalışır

Regionda bütün yollar ərazisindən keçdiyi və keçəcəkləri ölkələrin suverenliyi altında fəaliyyət göstərməlidir. Bu barədə çərşənbə axşamı Ermənistanın XİN başçısı Ararat Mirzoyan Norveçin XİN başçısı ilə birgə mətbuat konfransında bildirib.

“Mənim subyektiv qiymətləndirmələrimə görə, bununla əlaqədar müəyyən proses var və bu istiqamətdə danışıqların gələcəkdə uğurla başa çatacağı barədə nikbinlik var”, deyə Ermənistan KİV-ləri Mirzoyandan sitat gətirir.

Eyni zamanda, o bildirib ki, Azərbaycan danışıqlarda Azərbaycan və Naxçıvan arasında quru yolunun Laçın dəhlizi ilə eyni statusa malik olmasını tələb edir. Bu zaman o, 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlara istinad edib.

Belə bir təəssürat yaranır ki, Mirzoyan xəbər oxumur və ya ona Azərbaycan tərəfin bəyanatları haqqında məlumat verilmir. Deyəsən, o, Praqadakı görüşdə ümumiyyətlə yatırdı, ya da onun eşitmə qabiliyyətində problem var, çünki məhz orada İlham Əliyev bir daha xatırladıb ki, Naxçıvana gedən yol Laçın yolu ilə eyni statusa malik olmayacaq. Ermənilər bunu istəmirlərsə, Laçın yolunda Azərbaycan sərhədçiləri və gömrük postları olacaq.

Azərbaycan lideri eyni bəyanatı son bir il ərzində artıq dəfələrlə səsləndirib.(Turan)

Bənzər yazılar

Back to top button