Dünya

Ankarada Rəsulzadənin adını daşıyan lisey niyə söküldü? – Foto

Ankarada Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan liseyin binası sökülüb.

Bu barədə “Teleqraf” məlumat yayıb.

Məlumata görə, liseyin şagirdləri hazırda müvəqqəti olaraq başqa binada oxuyurlar.
Məktəbdən verilən məlumata görə, söküntüyə səbəb zəlzələyə davamlı olmayan binanın uçmaq təhlükəsi ilə üzləşməsidir.

Yeni binanın inşası 2023-cü ilin büdcəsində nəzərdə tutulub. Bina tikiləndən sonra liseyin yenə də Rəsulzadənin adını daşıyacağı güman edilir.

Qeyd edək ki, Ankarada yerləşən Məhəmməd Əmin Rəsulzadə liseyi 1993-1994-cü təhsil ilindən etibarən fəaliyyət göstərib.

Məktəb Ankaranın Keçiören rayonunun Fethiye Kemal Mumcu Anadolu liseyindən və digər bölgələrdən gələn 483 şagird, iki idarəçi və 4 müəllimlə birlikdə fəaliyyətə başlayıb, hazırda Türkiyənin paytaxtında təhsilinin keyfiyyətinə görə ikinci yerdədir.

Liseydə 605 şagird təhsil alır, 3 idarəçi və 52 müəllim çalışır.

Bənzər yazılar

Back to top button