Cəmiyyət

Prezident onu Elm Fonduna rəhbər təyin etdi

Mehriban Natiq qızı İmanova Azərbaycan Elm Fondunun İcraçı direktoru təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Xatırladaq ki, oktyabrın 15-də Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb.

Qeyd edək ki, 2019-cu ilin sentyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban İmanova Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.

Bənzər yazılar

Back to top button