Siyasət

18 oktyabrda niyə təntənəli şəkildə qeyd olummur?

Oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd edilir. 31 il öncə – 1991-ci il oktyabrın 18-də parlament Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması haqda Konstitusiya aktını qəbul edib.

2021-ci ildən etibarən yeni adla “Müstəqilliyin Bərpası günü” (18 oktyabrda) kimi qeyd edilsə də, qeyri-iş günü deyil və təntənəli şəkildə qeyd olummur.

Milli Məclisin deputatı Elman Nəsirov Turana bildirib ki, 18 oktyabr müstəqilliyin bərpası günü kimi qeyd olunur. “Müstəqilliyin bərpası günü o deməkdir ki, 1920-ci ildə qanlı Qızıl ordu məhv etdiyi müstəqilliyimiz bərpa olundu. Dövlətimizin əsas bayramı 28 May günüdür və 18 oktyabr ondan yaranıb. Yəni, müstəqilliyimiz olub və 18 oktyabr tarixində bərpa olunub”.

Onun fikrincə, hər dövlətin müstəqilliklə bir bayramı olur. “Amma əvvəl bizim bununla bağlı iki bayram var idi. Taleyimiz belə gətirdi. Bizim müstəqilliyimiz o zaman Heydər Əliyev söylədiyi kimi əbədi və dönməz olmadı. Cəmi 23 ay mövcud oldu. Ona görə də 28 May bizim dövlət bayramımız kimi qeyd olunur və iş günü deyil. 18 oktyabr isə onun davamı kimidir. Bu baxımından müstəqillklə bağlı iki bayramı qeyd etmək məntiqə uyğun gəlmir”.

Bənzər yazılar

Back to top button