GündəmManşetSiyasət

Paşinyan böyük xaos vəd edir

Paşinyan dünən yazdığı tvittdə açıq şəkildə regiona gəlmiş 2 aylıq Aİ mülki missiyasını permanentləşdirmək niyyətini bildirib. Bu gün də Ermənistanın XİN-i yeni heyət göndərməsi üçün ATƏT-ə müraciət edib.

Ermənistanın çıxardığ bu hoqqalar böyük fəsadlardan xəbər verir. Mülki missiyaları tədricən hərbi missiyalar əvəz edəcək, daha sonra missiyaların fəaliyyət coğrafiyası genişləndirilib Xankəndiyə çatacaq. Ən sonda da Kosova nümunəsinin başqa bir forması Xankəndində təkrarlanacaq. Bunun üçün Fransa Milli Assambleyasında qəbul edilmiş qətnamə, C.Baydenin “Qarabağ xalqı” haqda bəyanatıyla baza da hazırlıqlarına başlanılıb.

Ermənistan daha nələr etməlidir ki, Azərbaycan hərəkətə keçsin. 2020-ci ildə Paşinyan özbaşnalıq edərək 26 illik Qarabağ danışıqlarının formatını dəyişməyə cəhd etmişdi. Bu Azərbaycana bəs etdi ki, Rusiyanı və Ermənistanın digər havadarlarını geri oturdub, əks-hücum əməliyyatına başlasın. Paşinyanı özbaşnalığına görə cəzalandırsın.

2020-ci ilin 10 noyabrından bu yana Paşinyanın çıxarmadığı hoqq qalmayıb. Regiona xaos vəd edən məcaraçı hərəkətlər edir. Üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, regiona aidiyyatı olmayan dövlətlərin hesabına güc balansını dəyişmək istəyir. Regiona idaredilməsi mümkün olmayan xaos vəd edir. Hələ də Azərbaycan və Türkiyədən real nəticə doğuracaq cavab tədbirləri görülməyib.

Ermənistanın hərəkətləri Azərbaycan və Türkiyəyə əsas verir ki, Rusiyadan Xankəndini tərk etməyi tələb etsin. Rusiyanın Xankəndini Paşinyandan kənar tutması qəbuledilməzdir. Paşinyan və onun havadarları məhz Xankəndi üzərindən Azərbaycana hücuma keçirlər. Fransa Məclisinin qətnaməsi və Baydenin “Qarabağ xalqı” bəyanatı buna sübutdur.

Elnur Sadiqov

Bənzər yazılar

Back to top button