Bizim seçimManşetSiyasət

2020-ci ili vəzifəsiz qarşılayanlar (SİYAHI)

2019-cu il strukrur islahatları və istefalarla yadda qaldı.

AzToday.az Cebhe.info-ya istinadən xəbər verir ki, srtuktur islahatları ilə bağlı ilk addım 2019-cu ilin yanvar ayında atıldı və bir neçə qurumun ləğv edilməsi, yenidən formalaşdırılması ilə bağlı Prezident Sərəncam imzaladı. Belə ki, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edildi.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edildi və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil olunması prosesinə başlanıldı. 2019-cu il 18 yanvarında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nəzdindəki üç müəssisə ləğv olundu.

Onlar, “Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi”, “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi” və “Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq” oldu. Onların əsasında DSMF-nin nəzdində olmaqla həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin yaradılmasına başlanıldı. Struktur islahatları il boyu davam etdi.

İlin sonuna yaxın, yəni oktyabrın 22-də Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi ləğv olundu. Hər üç dövlət qurumu İqtisadiyyat Nazirliyinə birləşdirildi. Noyabrın 29-da isə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ləğv edildi. Bu qurumun bütün səlahiyyətləri Azərbaycan Mərkəzi Bankına verildi.

2019-cu il ciddi kadr islahatları ilə yadda qalan oldu. Uzun zaman hakimiyyətin müxtəlif qollarında vəzifə tutan bir çox məmurlar da “istirahətə” göndərildi. Prezident Adminstrasiyasına 24 il rəhbərlik etmiş Ramiz Mehdiyev istefaya göndərildi və Elmlər Akademiyasına prezident təyin edildi.

2018-ci ildən Baş nazir kürsüsündə Artur Rəsizadəni əvəz edən Novruz Məmmədovu Prezidentin köməkçisi Əli Əsədov əvəzlədi. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov tutduqları postdan azad edildi. Bundan əlavə yuxarıda sözügedən ləğv edilmiş qurumların rəhbərlərindən də işsiz qalan, yeni vəzifələrə təyin olunan məmurlar oldu.

İslahat İcra Hakimiyyəti başçılarından da yan keçmədi. Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Xəzər rayon İcra Hakimiyyətinin başçısı başçısı Gülağa İslamov, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev istefaya göndərildi.

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev isə korrupsiya əməllərinə görə Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanıldı və həbs edildi. Keçmiş başçılardan isə Yevlax şəhər İcra Hakimiyyətinin sabib başçısı Qoca Səmədov da rüşvət ittihamı ilə həbs olundu. Bundan başqa İcra Hakimiyyətlərində müxtəlif yerdəyişmələr də baş verdi. Son olaraq isə ölkə gündəmini zəbt edən daha mühüm hadisə baş verdi.

Ölkə başçısının sərəncamı ilə Milli Məclis buraxıldı və 2020-ci ilin fevralın 9-na növbədənkənar parlament seçkiləri təyin edildi. Bununla da uzun illər deputat kürsüsünü tutmuş bir çox parlament üzvləri kənarda qaldı. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin siyahısında “stajlı deputatlardan” Bahar Muradova, Arif Rəhimzadə, Ağacan Əbiyev, Rövnəq Abdullayev, Şəmsəddin Hacıyev, Cavid Qurbanov, İlham Əliyev, Əsabil Qasımov, Nəriman Əliyev, Sona Əliyeva, Rafiq Məmmədhəsənov, Yaqub Mahmudov, Mirzəcan Xəlilov, Mirkazım Kazımov, Sevinc Hüseynova və Tahir Süleymanovun adı yer almadı.

Bənzər yazılar

Back to top button