GündəmHadisə

DTX-nin Naxçıvanda əməliyyat apardığı və saxlanılanların olduğu deyilir

Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının Naxçıvan Muxtar Respublika Xəstəxanasında araşdırmalara başladığı iddia olunur.

Bu barədə Ovqat.com xəstəxanadakı mənbələrinə istinadla məlumat yayıb.

Saytın yaydığı məlumata görə, baş həkim Zəbur Bağırov, qəbul şöbəsinin müdiri Ramidə Bağırova və baş həkimin müalicə işləri üzrə müavini Ramazan Abbasov DTX-nin Naxçıvan Baş İdarəsinə aparılıb.

Saxlanılanların ciddi maliyyə oğurluğunda ittiham edildiyi deyilir.

“Xüsusilə Zəbur həkimin vəziyyəti ürəkaçan deyil”, – mənbə bildirib.

İddiaya görə, baş həkimin müavini Ramazan Abbasov yayda keçirilən attestasiya imtahanlarından 60 keçid balından cəmi 11 bal toplayıb. Bildirilir ki, həmin imtahanda Ramazan Abbasovla yanaşı Baş Həkimin İcbari Tibbi Siğorta və Ekspertiza üzrə müavini Türkan İsmayılova və bu gün saxlanıldığı bildirilən Xəstəxananın Həmkarlar İttifaqının sədri və Qəbul şöbəsinin müdiri Ramidə Bağırova da yetərli bal toplaya bilməyib imtahandan kəsiliblər.

Bənzər yazılar

Back to top button