İdman

Fransa millisinin əsas oyunçusu mundialsız qalacaq: 4 ay oynamayacaq

“Çelsi”nin futbolçusu N`Qolo Kante əməliyyat olunub.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi təxminən 4 ay meydana çıxa bilməyəcək.

Bud nahiyəsindən zədə alan futbolçu iki aydır oynamır.

Fransa millisinin üzvünün DÇ-2022-ni buraxacağı daha əvvəl bəlli idi. Qətərdə təşkil olunacaq mundial noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Bənzər yazılar

Back to top button