İqtisadiyyat

Məhkəmə qadın şirkət direktoru ilə bağlı qərar verdi

Ali Məhkəmədə Bakıda dələduzluqda təqsirləndirilən “Daniz Travel” MMC-nin direktoru Azadə Səfərovanın barəsindəki hökmdən verilən olan apellyasiyi şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə edlan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.

Bu səbəbdən məhkum tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Azadə Səfərova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azadə Səfərova “Daniz Travel” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru olub.

Onun qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında cinayət işi başlanıb.

İstintaqla Azadə Səfərovanın öz qulluq mövqeyindən istifadə edərək Türkiyə Respublikasına tətilə göndərmək adı ilə ayrı-ayrı şəxslərin pul vəsaitlərini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etməsinə, bu qanunsuz hərəkətləri ilə ona etibar olunmuş 1 milyon 525 min manat məbləğində özgə əmlakını təkrarən xeyli miqdarda mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Azadə Səfərova Cinayət Məcəllənin 179.2 (mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə) və 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilib.

İstintaq zamanı Azadə Səfərova zərərçəkmişlərin bir qisminin zərərini ödəyib.

Bənzər yazılar

Back to top button