Siyasət

Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin birgə təlimlərinə dair ilkin razılıq əldə olunub

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmi və hərbi qulluqçularının iştirakı ilə keçirilən “Xəzri-2023” birgə taktiki təlimlərində müşahidəçi qismində iştirak etmək üçün İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıya gəlib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirovun İran Hərbi Dəniz Qüvvələrinin əməliyyat Komandanı 1-ci dərəcəli kapitan Məhəmməd Reza Xəzainin rəhbərlik etdiyi nümayəndə heyətilə görüşündə “Xəzri-2023” təliminin əhəmiyyəti, gələcəkdə Xəzər Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin birgə təlimlərinin keçirilməsinin vacibliyi vurğulanıb. və bununla bağlı ilkin razılıq əldə edilib.

Bununla bağlı ilkin razılıq əldə edilib. Həmçinin hər iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.(Turan)

Bənzər yazılar

Back to top button