İdman

Benzemanın motivasiya mənbəyi bu modeldir – FOTO

“Qızıl top”u qazanan fransalı hücumçu Kərim Benzemanın motivasiya mənbəyi bəlli olub.

Fanat.Az “sport24”-ə istinadən xəbər verir ki, “Real Madrid”in forvardı amerikalı modellə eşq yaşayır.

Onun adı Cordan Ozunadır. 32 yaşlı model əvvəllər Amerika restoranları şəbəkəsi olan “Hooters”də ofisiant kimi başlayıb. Onun Benzema ilə tanışlığı Çempionlar Liqasının finalından sonra başlayıb. Həmin matçda olan model oyundan sonra sosial şəbəkə hesabında fransız futbolçuya dəstək olub. Avqust ayında Ozuna özü bunu etiraf edib, sosial şəbəkə hesabında “Real Madrid”in forvardı ilə videobağlantısını təsdiqləyən fotoşəkil yerləşdirib.

Yeni münasibət Cordan üçün də yeni karyerasına təkan olub. O, bu yaxınlarda Amerikanın aparıcı model agentlikləri ilə bir neçə müqavilə imzalayıb.

Bənzər yazılar

Back to top button