Cəmiyyət

Məktəb tətilində dəyişiklik olacaq? (AÇIQLAMA)

Təhsil nazirinin müşaviri Elnur Məmmədov Nazirlər Kabinetinin yeni qərarını şərh edib.

Qaynarinfo xəbər verir ki, E. Məmmədov qeyd edib ki, AR Nazirlər Kabineti yeni qərarı ilə (24.02.20, no. 66, qüvvəyə minmə – 15.09.20) ümumi təhsil müəssisələrində tədris ilinin müddətini təsdiq edib.

“Məktəbəhazırlıq qruplarında təhsil müddəti hər il oktyabrın 1-dən növbəti il mayın 31-dək, ümumi təhsilin digər səviyyələrində isə hər il sentyabrın 15-dən növbəti il iyunun 14-dək müəyyən edilib. Payız (16-20 noyabr), qış (27-31 yanvar) və məktəbəhazırlıq və ibtidai siniflər üçün əlavə (1-5 may) tətillər müəyyən olunub. Bununla belə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisində fərqli tədris ili müddəti müəyyən edilə bilər.

Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) tədris ilinin müddətində və tətil günlərində dəyişiklik etmək səlahiyyəti (i) respublikanın bütün ərazisində – Nazirlər Kabinetinə; (ıı) bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə – Təhsil Nazirliyinə aid edilib.

Bu qərara əsasən tədris ilinin müddətində və tətil günlərində hazırda hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb”.

Bənzər yazılar

Back to top button