İdman

“Karyeramı “Qarabağ”da başa vurmağı planlaşdırıram” – Riçard Almeyda

“Səmimi deyim ki, artıq gələcəyə baxmıram. Gələcəyim ancaq “Qarabağ”la bağlıdır. Harasa getməyi düşünmürəm”.

Bu sözləri Qol.az saytına müsahibəsində “Qarabağ”ın futbolçusu Riçard Almeyda deyib. 33 yaşlı yarımmüdafiəçi karyerası ilə bağlı planları barədə sualı cavablandırarkən Ağdam təmsilçisində qalmaq və karyerasını burada başa vurmaq istədiyini deyib:

“Təbii ki, karyeramın son illərini ancaq “Qarabağ”a həsr edərək keçirmək istəyirəm. Öz həyat yoldaşımla da bununla bağlı danışmışam. Əslində “Qarabağ”a gəldiyim ilk mövsümdən bəri həmişə özümü burada rahat hiss etmiş, xoşbəxt olmuşam. Təbii ki, bəzən daha sərfəli, cəlbedici təkliflər üçün “Qarabağ”dan ayrıldım. Amma orada heç vaxt buradakı kimi xoşbəxt olmamışam. Artıq hiss edirəm ki, “Qaabağ” mənim evimdir. Baş məşqçimiz Qurban Qurbanovun oyun fəlsəfəsi mənim ruhuma yaxındır. Onun oyun fəlsəfəsini demək olar ki, tam qavramışam. “Qarabağ”ı sevirəm, həyatım boyu da sevəcəyəm”.

Braziliyalı oyunçu onu da qeyd edib ki, həyatında əldə etdiklərini “Qarabağ”a borcludur:

“Qarabağ” mənim həyatımı dəyişdirən klubdur. Həyatda nəyə nail olmuşamsa, çoxunu “Qarabağ”a borcluyam. Həm öz arzularımı, həm ailə üzvlərimin arzularını yerinə yetirmək üçün bu klubda olmağım mənə kömək edib. Karyeramı “Qarabağ”da başa vurmağı planlaşdırıram. Ümid edirəm ki, Qurban müəllimin istəyi də bu olar. Təbii ki, bütün bunlar istəkdir. Sən bir şeyi istəyirsən, amma Tanrı sənin üçün başqa planlar cıza bilər. Əlbəttə, “Qarabağ”da qalmaq istəyirəm. Amma həm də buna layiq olmaq, üzərində işləmək lazımdır. Öz zəhmətkeşliyinlə, komandaya fayda verməyinlə qalmağa layiq olmalısan. Bir sözlə, yaşıma baxmayaraq, ilk növbədə bu mövsümü müsbət notlarla başa vurmaq məqsədimdit. Yaşı hər hansı bir maneə saymayaraq, qarşıdakı mövsümdə bundan da yaxşı performans göstərməyi hədəfləyirəm”.

Bənzər yazılar

Back to top button