İdman

Benzema niyə “Barselona”nı yox, “Real”ı seçib?

“Real”ın futbolçusu Kərim Benzema 2009-cu ilin yayında “Lion”dan Madrid klubuna keçməsinin səbəbi haqda danışıb.

Qol.az “Onde Cero”ya istinadən xəbər verir ki, o, Madrid klubunun prezidenti Florentino Peresin bu qərarı verməsində əsas rolunun olduğunu bildirib: “Həmin vaxt mənimlə əlaqə saxlayan bir neçə klub var idi: “Barselona”, “Mançester Yunayted”, “İnter”. Amma mən “Real”ı seçdim.

Dostlarımla vaxt keçirdiyimi xatırlayıram. Ailəm və agentim mənə zəng edib dedilər ki, tez evə getməliyəm, danışmalıyıq. Onlara vaxtım olmadığını dedim, onlar mənə dedilər ki, “sən gəlməlisən, Florentino Peres buradadır”.

Peres mənə dedi: “Sən dünyanın ən yaxşısı olacaqsan və buna nail ola biləcəyin yer “Real”dır”.

“Real” böyük klubdur. 15 yaşımdan burada oynamaq arzusunda idim. Florentino mənə yaratmaq istədiyi layihə haqqında danışdı. Çox həyəcanlı idi. “Real” azarkeşlərinin oyunçularla xüsusi münasibəti var və mən buna görə onlara çox minnətdaram”.

Qeyd edək ki, Benzema bu il “Qızıl top” mükafatını qazanıb.

Bənzər yazılar

Back to top button