Siyasət

Çavuşoğlu: Azərbaycanın ixrac qaz və neft kəmərlərinin rolu artır

Təchizatların təhlükəsizliyi baxımından, xüsusilə Rusiyadan Avropaya qaz nəqlinin azalması ilə əlaqədar olaraq, Azərbaycandan ixrac qaz və neft kəmərlərinin rolu artıb.

Bu sözləri oktyabrın 17-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən iclasının yekunlarına dair mətbuat konfransında deyib.

“Mərkəzi Asiya və Orta Nəqliyyat Dəhlizinin əhəmiyyəti də artıb. Bizim görəcəyimiz tədbirlər enerji və ərzaq böhranlarının həllinə mühüm töhfə verəcək”, deyə o, əlavə edib.

Bənzər yazılar

Back to top button