Siyasət

Əliyevin üç şərti, Putinin təminatı və Paşinyanın qaçışı – Üçtərəfli Bəyanatın gizliləri…

İlham Əliyevin diqtə etdiyi üç şərtlə bağlı əldə olunan şifahi razılığın yerinə yetirilməsinin şahidi və təminatçısı Rusiya prezidenti Vladimir Putin olub…

Ermənistan hakimiyyətinə yaxın olan Аliqmedia.am saytının köşə yazarı Tatul Akopyan 10 noyabr Üçtərəfli Bəyanatın gizli razılaşmaları ilə bağlı sensasion məlumat yayaıb. Xatırladaq ki, Tatul Akopyan Ermənistan hakimiyyətinin siyasi elitasına yaxın şəxs kimi tanınr və onun bu açıqlamalarını şübhə altına almaq üçün heç bir əsas yoxdur.

Bu barədə caliber.az məlumat verir. Akopyanın sözlərinə görə 10 noyabr 2020-ci ildə əldə olunan razılaşmanın şərtlərini İlham Əliyev diqtə edib və bu razılaşmaların içində Qarabağın Azərbaycan daxilində olması, Laçın dəhlizi ilə eyni statusda olan Zəngəzur dəhlizi və anklavların Azərbaycana qaytarılması maddələi də olub. Lakin Əliyev öz Paşinyanın simasını qoruyub saxlaya bilməsi üçün bu üç şərtin əsas mətnə daxil edilməməsinə razılıq verib. Buna baxmayaraq bu üç şərtin yerinə yetirilməsi ilə bağlı şifahi razılıq əldə olunub və bu şifahi razılığın yerinə yetirilməsi ilə bağlı şahid və təminatçı Rusiya prezidenti Vladimir Putin olub.

Alopyan yazır ki, elə buna görə də Azərbaycanın bu şərtlərlə bağlı tələblərinə qarşı Rusiya susqunluq nümayiş etdirir, çünki Putin Paşinyanın verdiyi sözü və özünün də verdiyi təminatı yaxşı xatırlayır.

Erməni jurnalist vurğulayır ki, Paşinyan daha sonra verdiyi sözdən qaçmağa çalışıb və bunu hələ də edir:

“Paşinyan o dəhşətli gecədə İlham Əliyev və Vladimir Putinə söz verib, lakin sonradan verdiyi sözün Ermənistanı hansı bəlalra sürükləyəcəyini dərk edərək, sözündən qaçmağa başlayıb. İndi isə Paşinyan Ermənistanı elə bir vəziyyətə gətirmək istəyir ki, xalqın böyük əksəriyyəti bu üç şərtin yerinə yetirilməsini və dəhlizin verilməsini daha kiçik bəla olaraq qəbul etsin”, deyə Tatul Akopyan qeyd edib.

Bənzər yazılar

Back to top button