Siyasət

Fransadakı səfirimiz erməni diasporuna “təşəkkür” etdi: “Siz olmasaydınız…”

Fransada diplomatik fəaliyyətini başa vuran səfir Rəhman Mustafayev erməni diasporuna “təşəkkür” edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rəhman Mustafayev çərşənbə axşamı “Twitter” səhifəsində yazıb.

“Fransadakı missiyamı başa vuraraq, bütün bu 5 il ərzində məni ruhdan salmayan və mənim üçün ilham mənbəyi olan erməni diasporuna “təşəkkür” etmək istəyirəm. Siz olmasaydınız, missiyamı başa vurmazdım. Və buna baxmayaraq, mən Azərbaycan və Ermənistan arasında sülh üçün dua edirəm”, – o bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Rəhman Mustafayev Azərbaycanın Niderlanddakı səfiri təyin edilib.

Bənzər yazılar

Back to top button