Siyasət

İran səfirliyi: Bakıya qarşıdakı təlimlər barədə məlumat verilib

İran Silahlı Qüvvələrinin şimal-qərb bölgəsində manevr və təlimləri (bu yaxınlarda Ermənistanla sərhəddə başlayıb) İran Silahlı Qüvvələrinin illik fəaliyyət təqviminə və dövri təlimlərə uyğun həyata keçirilir.

Bu barədə Azərbaycanla sərhəddə hərbi təlimlərin keçirilməsinin səbəbilə bağlı Turan agentliyinin sorğusuna cavab olaraq İranın Bakıdakı səfirliyinin 19 oktyabr tarixli məlumatında deyilir.

“Azərbaycan Respublikası ilə dostluq və qardaşlıq münasibəti nəzərə alınaraq, təlimlərə başlamadan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verilib. Bu notadan əlavə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytant Baqerinin Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla olan telefon söhbətində təlimlərin keçirilməsində əməkdaşlığa dair bəzi təkliflər irəli sürülüb ki, hazırda bunlar həmin təlimlərdə yerinə yetirilir”, – məlumatda qeyd olunur.

“İki dost və qardaş ölkə olan İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı münasibətlər daima düşmənlərin geniş təbliğatının hədəfində olub, lakin iki ölkə rəhbərinin sayıqlığı onların məqsədlərinə çatmasına mane olub”, – məlumatda deyilir.

Bənzər yazılar

Back to top button