GündəmSiyasət

Fransa Əliyevin tənqidinə reaksiya verir

Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Azərbaycan prezidenti İlham Əliyevin Emmanuel Makronun “France 2” telekanalına müsahibəsində söylədiyi fikirləri tənqid etməsini şərh edib.

Əliyevin “Makron öz fikirlərilə Fransanın Azərbaycanla dost və balanslı münasibətlərinin üstündən xətt çəkib” sözlərinə Parisin reaksiyası barədə sualın cavabında Fransalı diplomat deyib: “Bu şərhlər Fransanın Ermənistan və Azərbaycan arasında sülhə doğru irəliləyişin olması üçün tam səfərbər olmasını heç bir şəkildə dəyişdirmir. Məhz Fransa Respublikası prezidentinin öhdəliyi sayəsində oktyabrın 6-da Avropa siyasi birliyinin sammiti çərçivəsindən kənar Şarl Mişel, prezident Əliyev və baş nazir Paşinyanın dördtərəfli görüşü baş tutub. Bu münasibətlə qəbul edilmiş bəyənnamənin ifadə etdiyi kimi, bu görüş məqsədə doğru irəliləməyə imkan verdi. Digər tərəfdən, Fransa iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlara imkan yaratmaq üçün Avropa İttifaqı ilə başlayan prosesi tam dəstəkləyir”.

Öz növbəsində Fransanın Azərbaycandakı səfiri Zakari Qross bildirib ki, ölkəsinin Xarici İşlər Nazirliyi Parisin Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün tam səfərbər olduğunu təsdiqləyib.

O, Tvitter hesabında yazıb ki, Praqada Fransa prezidenti və Avropa İttifaqı Şurası rəhbərinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü və onların qəbul etdiyi birgə bəyanat bu istiqamətdə atılan adımdır, o, Twitter-də yazıb.

O qeyd edib ki, Fransa Avropa İttifaqının sülh sazişi üzrə danışıqlarını dəstəkləyir. (Turan)

Bənzər yazılar

Back to top button