Cəmiyyət

Təhsil Nazirliyinin tədbirində sözlərin səhv yazılması gündəm oldu – Foto

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”ın ictimai müzakirəsi təşkil edilib.

Yeniavaz.com xəbər verir ki, tədbir zamanı sərgilənən slaydda bəzi orfoqrafik xətalara yol verilib.

Belə ki, birinci cümlədə “səviyyələrini” sözü “səviyyələtinə”, həmin cümlədə “tövsiyə” sözü “tövsiyyə”, ikinci bənddə “şagirdlərlə” sözü “şagirdlər”, beşinci bənddə “valideyn” sözü “valideyin”, altıncı bənddə “saxlanılması” sözü “saxlanması”, yeddinci bənddə “psixoloqa” sözü “pisxoloqa” şəkildə yazılıb.

Qeyd edək ki, slayd Nazirliyin saytından yığışdırılsa da, sosial şəbəkələrdə xeyli paylaşılıb və müzakirələrə səbəb olub.

Xatırladaq ki, bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev bəzi müəllimlərin “şaftalı”, “asfalt” sözlərini düzgün yaza bilmədiyini deməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

Bənzər yazılar

Back to top button