İqtisadiyyat

Vasif Talıbov və ailə üzvlərinin əlindən çıxan biznes stukturları

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov vəzifəsindən istefa verdikdən sonra biznes strukturlarını itirməyə başlayıb.

Qaynarinfo xəbər verir ki, bu gün yayılan məlumatlarda Vasif Talıbova məxsus olduğu deyilən “Badamlı Mineral Sular” MMC-nin satıldığı bildirilir.

Şirkət “Mineral Sular” MMC (6 fərdi sahibkar) tərəfindən satın alınıb. Artıq cəmiyyətin yeni icraçı direktorunun adı da məlumdur. Bu vəzifəyə Azad Həsənov təyin edilib.

“Badamlı Mineral Sular” MMC-nin bundan əvvəlki rəhbəri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağı Hümbət Qəhrəmanov idi.

Bundan əvvəl isə “Gəmiqaya” və “Cahan Holding” şirkətləri Vasif Talıbovun əlindən çıxıb. Lakin bu son deyil. Vasif Talıbov “Naxçıvanbank” ASC-ni əldən verməli olub.

Bu bankın səhmdarlarından biri onun qızı Baharxanım Talıbova idi. O, eyni zamanda bankın Müşahidə Şurasının üzvü vəsifəsini daşıyırdı. Vasif Talıbov istefa verdikdən sonra Baharxanım Talıbova Müşahidə Şurasının üzvlüyündən çıxarıldı. Bir müddət sonra isə bankın səhmdarlarının dəyişdiyi barədə məlumat yayıldı. Məlum oldu ki, Baharxanım Talıbova bankdakı səhmlərini də itirib.

Bakıda fəaliyyət göstərən “Cağteks” gəlinlik salonunun da Talıbovlara məxsus olduğu bildirilirdi. İddialara görə, bu obyekt də onların əlindən çıxıb.

Beləliklə, Vasif Talıbov Ali Məclis sədrliyindən istefa verdikdən sonra biznes imperiyası da çöküb.

Rəsmi məlumatlarda onun istefası səhhətindəki problemlərlə əlaqələndirilsə də, biznesinin əlindən alınması, vəzifədə olan yaxın ətrafının işdən çıxarılması “xan”ın hansısa səhvinə görə cəzalandırıldığı barədə mülahizələrə səbəb olub.

Bənzər yazılar

Back to top button