İdman

Ronaldo oyun bitməmiş getdi – FOTO

İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində baş tutan “Mançester Yunayted” – “Tottenhem” matçında (2:0) “qırmızı şeytanlar”ın hücumçusu Kriştianu Ronaldu diqqət mərkəzinə düşüb.

Fanat.az xəbər verir ki, qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyən və 90-cı dəqiqəyə qədər forma şansı qazanmayan 37 yaşlı superulduz final fitini gözləmədən paltardəyişmə otağına yollanıb.

Portuqaliyalı forvard baş məşqçi Erik ten Haqa etirazını bu yolla çatdırıb.

Qeyd edək ki, qələbə sayəsində xal hesabını 19-a çatdıran MY turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bənzər yazılar

Back to top button