Dünya

İran Rusiyaya PUA-ların verilməsi ilə bağlı ittihamları qəbul etməyib

İran Ukraynadakı müharibədə istifadə üçün dronların Rusiyaya təhvil verilməsi ilə bağlı irəli sürülən ittihamları qəti şəkildə qəbul etməyib.

“Report” xəbər verir ki, bu barədə “TASS” İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaniyə istinadən məlumat yayıb.

Bundan əvvəl bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının qapalı iclası keçirilib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski İranın Rusiyaya pilotsuz uçuş aparatları (PUA) verməsi ilə bağlı Qərbin iddialarını növbəti dezinformasiya adlandırıb.

O, həmçinin qeyd edib ki, Qərb BMT Təhlükəsizlik Şurasının 22 31 saylı qətnaməsinin pozulması ilə bağlı əsassız ittihamlar elan edərək Tehrana təzyiq göstərməyə çalışır.

Polyanski əlavə edib ki, BMT Təhlükəsizlik Şurasına heç vaxt İrandan Rusiyaya pilotsuz uçan aparatların gətirilməsinə dair heç bir sübut təqdim edilməyib.

Bənzər yazılar

Back to top button