Sağlamlıq

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Azərbaycanda koronavirusla bağlı 25 may 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

AzToday.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 2672 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 273 min 411-ə çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 56, süni tənəffüs cihazında olan xəstə sayı 11-dir.

Azərbaycanda indiyədək 4271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Bənzər yazılar

Back to top button