İdman

Ten Haq Ronaldunun hörmətsizliyinə belə reaksiya verdi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində baş tutan matçda – “Tottenhem”lə oyunda (2:0) Kriştianu Ronaldunun final fitini gözləmədən ehtiyat oyunçular skamyasını tərk etməsinə münasibət bildirib.

Fanat.az xəbər verir ki, “Sky Sports” niderlandlı mütəxəssisin dediklərini belə çatdırıb:

“Onu gördüm, amma heç nə demədim. Etdiyi hərəkətə önəm vermirəm. Bu işlə sabah (bu gün – red.) məşğul olacağam”.

Qeyd edək ki, bu qələbə sayəsində xal hesabını 19-a çatdıran MY turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bənzər yazılar

Back to top button