Cəmiyyət

Vətən müharibəsinin iştirakçısı olan müəllim şagirdlərə düşmənlərə qarşı savadlı mübarizə aparmağı tapşırıb (FOTO)

“Tariximizə sahib çıxaq” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətən mənə oğul desə…44 günlük zəfər tariximiz şagirdlərimizin gözü ilə” layihəsinə 01 oktyabr 2022-ci il tarixdən etibarən start verilib.

Artıq ikinci tədbir yenə Bakı şəhərində 313 saylı tam orta məktəbdə keçirildi. Tədbir zamanı məktəbin 9-cu sinif şagirdləri öz aktivlikləri ilə seçilirdi. Beləki, şagirdlər 44 günlük Zəfər tariximizə həsr olunmuş çarxlar, video roliklər hazırlayıb, onu iştirakçılara təqdim etdilər.

Bildirək ki, tədbiri açılış nitqi ilə açan məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Təzəgül Orucova belə tədbirlərin əhəmiyyətindən danışaraq, istər müəllimlərin, istərsə də şagirdlərin fəallığından çox razı qaldığını bildirdi. Ayrıca tədbirin əhəmiyyətinə toxunan Təzəgül müəllim müəllimləri belə tədbirlərin tez-tez keçirilməsinə çağırdı. Məhz belə tədbirlər uşaqlarda milli kimlik hissini, vətənpərvərlik hissini gücləndirir.

Təşkilatın sədri və məktəbin tarix müəllimi Araz Şamilov layihə haqqında geniş məllumat verdi. Tədbirdə 44 günlük müharibənin iştirakçısı Asif Çümşüdov və məktəbin digər müəllimləri də iştirak edirdilər.

İştirakçılara öz ürək sözlərini söyləyən Asif müəllim şagirdlərə Vətənimizi çox sevməyi, onu göz bəbəyimiz kimi qorumağı tövsiyə edərək, eyni zamanda düşmənlərimizə qarşı savadlı şəkildə mübarizə aparmağı tapşırdı.

Bənzər yazılar

Back to top button