GündəmSiyasət

ATƏT sərhəddə təhlükəsizliyi qiymətləndirmək üçün Ermənistana missiya göndərir

Ermənistan hökumətinin dəvəti ilə ATƏT 21-27 oktyabr tarixlərində bu ölkəyə ehtiyacların qiymətləndirilməsi üzrə qrup göndərəcək, bu barədə ATƏT-in saytında yer alan press-relizdə deyilir.

Səfərin məqsədi ATƏT mandatı və təcrübəsi əsasında sərhəddə yerləşən bəzi rayonlarda təhlükəsizlik vəziyyətini qiymətləndirməkdir.

Beynəlxalq ekspertlərdən və ATƏT Katibliyinin nümayəndələrindən ibarət texniki qrup Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşən rayonlara baş çəkəcək və müvafiq dövlət nümayəndələri və yerli maraqlı tərəflərlə, habelə yerlərdə beynəlxalq tərəfdaşlarla məsləhətləşmələr aparacaq.

Bənzər yazılar

Back to top button