Mədəniyyət

2526 kitabxana yenidən formalaşdırılacaq

“2526 kitabxana müasir dövrün tələblərinə uyğun olaraq yenidən formalaşacaq”.

Bu barədə Qaynarinfo-ya Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Şöbədən verilən məlumatda qeyd olunur ki, bununla bağlı böyük layihə hazırlanıb:

“Mədəniyyət Nazirliyinin tabeliyində olan 75 şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemi üzrə 2526 kitabxananın müasir dövrün tələblərinə uyğun yenidən formalaşdırılması və inzibati ərazi vahidləri üzrə klassifikasiyasının aparılması məqsədilə nazirlik tərəfinədən beynəlxalq təcrübəyə uyğun olaraq yeni layihə hazırlanıb. Layihənin icrası məqsədilə “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Kitabxana-İnformasiya Mərkəzlərinin formalaşdırılması və inkişafına dair 2020-2024-cü illər üçün Fəaliyyət Proqramı” və müvafiq normativ hüquqi sənədlər hazırlanmış bütün aidiyyəti qurumlarla razılaşdırılaraq Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına təqdim edilib”.

Məlumatda vurğulanır ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Fəaliyyət Proqramı və bütün digər hüquqi sənədlər təsdiq edildikdən sonra Mədəniyyət Nazirliyinin tabeliyində yeni və mütərəqqi kitabxana sisteminin formalaşdırılmasına başlanılacaq.

Bənzər yazılar

Back to top button