Siyasət

Səfirliyimizə hücumla bağlı bir erməninin tutulduğu deyilir

“Bu gün (19 oktyabr – red.) səhər saat 09:30-da erməni Loris Tufanyan polis tərəfindən saxlanılıb. O, Parisin Ərazi Təhlükəsizliyi İdarəsinin binasında polis nəzarətinə götürülüb”.

Yeniavaz.com xəbər verir ki, bu barədə erməni fəallarının yaratdığı “Charjoum” təşkilatı məlumat yayıb.

Fransız tarixçisi Maksim Qauin isə onun Azərbaycanın Fransadakı səfirliyinə hücumla bağlı saxlanıldığını yazıb:
“Paris polisi 2015-ci ildə dissident “Charjoum” qrupunu yaradan ARF-nin Fransadakı gənclər şöbəsinin keçmiş sədri Loris Tufanyanı həbs edib. Çox güman ki, həbs Azərbaycan səfirliyinin mədəniyyət mərkəzinə qarşı zorakı nümayişlə əlaqədardır”.

Xatırladaq ki, ötən ay ermənilər Azərbaycanın Fransadakı səfirliyinə hücum ediblər.

Bənzər yazılar

Back to top button