Siyasət

Yerevanın Qarabağı qorumaq üçün hərbi gücü yoxdur – Ermənistanın parlament komissiyasının rəhbəri

44 günlük müharibə nəticəsində Ermənistan Qarabağ əhalisini hərbi yolla müdafiə etmək imkanından məhrum olub. Bu barədə oktyabrın 19-da parlamentin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.

Rusiya sülhməramlıları olmasaydı, Qarabağda erməni qalmazdı, deyə o bildirib. “Biz masadakı resursları dəqiq və real qiymətləndirməliyik, söhbət siyasi-diplomatik resurslardan, beynəlxalq ictimaiyyətin maksimum cəlb edilməsindən gedir”, deyə Ağacanyan bildirib.

Onun sözlərinə görə, o, bu barədə Amerikalı konqresmenlərə də bildirib, Qarabağa beynəlxalq mexanizmlər cəlb edilməsə etnik təmizləmələr qaçılmazdır, ən yaxşı halda isə kütləvi emiqrasiya baş verəcək.

Buna görə Ermənistan beynəlxalq ictimaiyyətin Qarabağda maksimum təmsil olunmasını təmin etmək üçün səy göstərməlidir.

“Ermənistan üçün silahlanmaq, regional qüvvələr balansını bərpa etmək çox vacibdir, amma bu, uzun prosesdir. Hazırda bizə siyasi həllər, razılaşmalara zəmanət verəcək böyük siyasi təsirə malik vasitəçilər lazımdır”, deyə Ağacanyan bildirib.(Turan)

Bənzər yazılar

Back to top button