Cəmiyyət

Bakıda külək, rayonlarda yağış gözlənilir

Sabah, oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, səhər bəzi yerlərdə çiskin, axşam isə yağış yağacağı, gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.

Havanın temperaturu Bakıda gecə 15-17 dərəcə isti, gündüz 19 dərəcəyədək isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 1-5 dərəcə isti, gündüz 6-10 dərəcə isti olacaq.

Bənzər yazılar

Back to top button