İdman

Çaçiç Mahir Emrelinin bu oyunu da buraxacağını açıqladı

“Dinamo”nun hücumçusu Mahir Emreli Xorvatiya liqasının 13-cü turunda səfərdə “Hayduk”a qarşı keçiriləcək oyunu buraxacaq.

Qol.az xəbər verir ki, bu barədə Zaqreb komandasının baş məşqçisi Ante Çaçiç keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, M.Emreli və daha dörd futbolçu – Daniel Şteful, Robert Lyuboviç, İvan Nevistiç və Marko Bulatda virus aşkarlanıb. O bildirib ki, Emreli, Bulat və Nevistiç qarşıdakı görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, “Hayduk” – “Dinamo” görüşü oktyabrın 21-i, Bakı vaxtı iləı saat 21:00-da başlanacaq.

Əlavə edək ki, M.Emreli bu mövsüm Xorvatiya Liqasında “Dinamo”nun keçirdiyi 12 oyundan 5-də meydana çıxıb və 1 qol vurub.

Bənzər yazılar

Back to top button