Dünya

Rusiya və BMT arasında gərginlik: Moskva beynəlxalq təşkilatı hədələdi

Rusiya və BMT arasında gərginlik: Moskva beynəlxalq təşkilatı hədələdi
BMT Rusiyanın mülki infrastruktura hücum etmək üçün istifadə etdiyi kamikadze dronları öyrənmək üçün Ukraynaya ekspertlər göndərsə, Moskva BMT ilə əməkdaşlığa yenidən baxacaq.

Qaynarinfo xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski bildirib.

“Ümid edirik ki, katiblik və baş katibin özü bir daha BMT Təhlükəsizlik Şurasının qərarlarını pozmayacaq, texniki mandatlarından kənara çıxmayacaq və hər hansı qanunsuz araşdırmalarda iştirakdan çəkinəcək. Əks halda, onlarla əməkdaşlığımızı yenidən dəyərləndirməli olacağıq ki, bu da heç kimin marağına uyğun deyil. Biz bunu istəmirik, lakin başqa seçim olmayacaq”, deyə Polyanski bildirib.

Xüsusilə, o, Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracı üçün BMT-nin himayəsi altında bağlanmış taxıl sazişindən çıxacağı ilə hədələyib. İyulda İstanbulda imzalanmış müqavilələrin müddəti noyabrın 19-da başa çatır.
Polyanskinin sözlərinə görə, Rusiya Ukraynaya hücum üçün xaricdə istehsal olunan dronlardan istifadə etmir. Polyanski deyib ki, Qərbin İranın Rusiyaya PUA-lar verməsi ilə bağlı ittihamları dezinformasiya kampaniyasının bir hissəsidir. O, bunu “Rusiya və İrana təzyiq göstərmək üçün çox uzaq bir bəhanə” adlandırıb.
Ətraflı

“Bizim bu kampaniya üçün məhsullar yaradan öz PUA sənayemiz var, ona görə də bütün ittihamlar qərbli həmkarlarımızın vicdanına buraxırıq”, deyə Polyanski vurğulayıb. Buna sübut kimi o, dronların üzərindəki rus dilində yazıları göstərərək “rus dilinin İranda geniş istifadə olunduğunu düşünmürəm” deyib.

Ukrayna və Qərb ölkələri Rusiyanın İrandan “Şahed-136” kamikadze pilotsuz uçuş aparatları aldığını iddia edir. BMT-nin baş katibi Antonio Quttereş Rusiyanın ölkənin enerji infrastrukturuna zərbələr endirmək üçün istifadə etdiyi pilotsuz uçuş aparatlarını tədqiqi üçün Ukraynaya ekspertlər qrupunun göndərilməsi planlarını açıqlayıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, sentyabrın 13-dən (Rusiyanın İran pilotsuz uçuş aparatlarından istifadə etməyə başladığı tarix) onların 223-ü artıq vurulub. Eyni zamanda, rus qoşunları “Şahed-136″nın adını “Geran-2” olaraq dəyişdirir. Ukrayna prezidenti Volodimir Zelenski ötən həftə Rusiyanın İrandan ümumilikdə 2400 ədəd PUA sifariş etdiyini bildirib.

Ukraynanın “Molfar” təşkilatı hesablayıb ki, sentyabrın 13-dən oktyabrın 17-dək buraxılan bütün PUA-lar Rusiyaya təxminən 18 milyon dollar başa gəlib, Ukrayna isə onların vurulması üçün 28 milyon dollardan çox xərcləyib.

“Reuters”in məlumatına görə, Moskva və Tehran oktyabrın 6-da İranın vitse-prezidenti Məhəmməd Mohber və İran İnqilab Keşikçiləri Qvardiyasının iki yüksək rütbəli rəsmisinin Moskvaya səfəri zamanı “Şahed-136” pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı yeni saziş imzalayıb. Dronlar Rusiyaya on gün ərzində çatdırılmalı idi. Lakin eyni zamanda İran “Arash-2” ağır kamikadze pilotsuz uçan aparatların ABŞ-ın əlinə keçəcəyindən ehtiyat etdiyi üçün tədarük etməkdən imtina edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button