Siyasət

Azərbaycanın baş nazir müavini İranın vitse-prezidenti ilə görüşdü

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin İranın vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Əli Səlaceqe ilə görüşündə ikitərəfli münasibətlərin və regional əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər ki ölkə arasında “siyasi, ticari-iqtisadi, nəqliyyat-tranzit, energetika, mədəniyyət, ətraf mühit və digər sahələrdə dostluq və qonşuluq münasibətlərinin uğurla inkişaf etdiyini” qeyd ediblər.

Mustafayev və Səlaceqe bölgədə nəqliyyat kommunikasiyalarının açılmasının əməkdaşlıq üçün geniş imkanlar yaratdığını vurğulayıblar.

Tərəflər ekoloji problemlərin həlli üçün Xəzəryanı ölkələrin səylərinin birləşdirilməsinin vacibliyi xüsusi qeyd ediblər.

Eyni zamanda, Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsindən narahatlıq ifadə olunub, çayın ətraf mühitinin mühafizəsi üçün birgə səylərin zəruriliyi diqqətə çatdırılıb.

Bənzər yazılar

Back to top button