Dünya

Britaniyanın yeni Baş naziri də istefa verdi

Liz Trass Mühafizəkarlar Partiyasının lideri və Böyük Britaniyanın Baş naziri vəzifələrindən istefa verdiyini açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, Trass yeni hökumət başçısı seçilənə qədər Britaniyanın Baş naziri vəzifəsində qalacağını bildirib.

“Böyük Britaniyanın yeni Baş naziri bir həftə ərzində seçiləcək”, – o deyib.

Xatırladaq ki, 7 iyulda Böyük Britaniyanın Baş naziri Boris Conson tutduğu vəzifədən istefa verib. 6 sentyabrda isə Liz Trass Mühafizəkarlar Partiyasının liderlik yarışında qalib gəlib və Böyük Britaniyanın növbəti Baş naziri olub.

Bənzər yazılar

Back to top button