İdman

La Liqa dayandırılır?

İspaniya çempionatı yeni idman qanunu ilə bağlı mübahisələrə görə dayandırıla bilər.

Qol.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb. Bildirilib ki, La Liqanın prezidenti Xavyer Tebas yarışların oktyabrın 28-dən dayandırılması məsələsini nəzərdən keçirmək üçün La Liqa və Sequnda klublarının oktyabrın 27-nə növbədənkənar iclası təyin edib .

Mümkün dayandırılmaya səbəb İspaniya klublarının İspaniyadakı yeni idman qanunundan narazılığıdır. Qanun İspaniya komandalarına eyni vaxtda milli turnirlərdə və Avropa Superliqasında mübarizə aparmağa icazə verir . La Liqada ehtiyat edirlər ki, bu səbəbdən CVC investisiya fondu ilə ispan komandalarının təxminən 2 milyard avro almalı olduğu müqavilə təhlükə altında olacaq.

“El Mundo” isə yazıb ki, “Real”, “Barselona” və “Atletik” istisna olmaqla, İspaniyanın iki yüksək divizionunda 42 komandadan 39-u qanunun mövcud dəyişikliyinə qarşı çıxır

Bənzər yazılar

Back to top button