Cəmiyyət

Yeni təlimata əsasən valideyn ancaq bu saatlarda müəllimlərə zəng etməlidir

Valideynlər və ya qanuni nümayəndələr tədris prosesi və məktəb fəaliyyətinə mane olan davranışlara yol verməməli, məktəb binasına və sinif otaqlarına yalnız məktəb rəhbərliyinin icazəsi ilə daxil olmalıdırlar.

Bu, Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan və ictimai müzakirələrə çıxarılan “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”da öz əksini tapıb.

Bildirilib ki, məktəb heyətinin üzvləri ilə iş saatlarında və ya təyin olunmuş vaxtda əlaqə saxlamalı, axşam saatları, istirahət və bayram günləri məktəb heyətinin üzvlərini ciddi səbəb olmadan narahat etməkdən çəkinməlidirlər. Valideynlər “Şagirdlərin məktəbdaxili nizam-intizam qaydaları” ilə tanış olmalı və onu dəstəkləməlidirlər. Həmçinin öz övladının cəlb olunduğu situasiyalar da daxil olmaqla, nizam-intizam məsələlərinə dair məktəb heyətinin peşəkar mühakimə və qərarlarına hörmət etməlidirlər.(Yeniavaz)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button