Siyasət

Naxçıvanda müdafiə istehkamları möhkəmləndirildi

Naxçıvanın Ermənistan silahlı birləşmələri ilə təmas xəttində yerləşən strateji yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, çətin dağlıq şəraitdə yerləşən mövqelərdə müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb. Əsas və ehtiyat səngərlər, mövqelər və müşahidə məntəqələri qurulub.

Bənzər yazılar

Back to top button