İdman

“Real”dan növbəti transfer bombası

“Tottenhem”in ulduzu Kristian Eriksen “Real”a transfer olunur.

Fanat.Az Danimarkanın “Fyens Stiftstidende” qəzetinə istinadən xəbər verir ki, futbolçu və sevgilisi Sabrina Kvist artıq Madriddə ev axtarmağa başlayıb. Onlar olduqca böyük və bahalı ev axtarırlar. Qəzet danimarkalı ulduzun bu addımını onun “Real”a transfer olunmağa hazırlaşması ilə əlaqələndirib.

Qeyd edək ki, Eriksen 2018/19 mövsümü başa çatan kimi “Tottenhem”dən ayrılacağına işarə vurmuşdu: “Karyeramda artıq yeni səhifə açmalı olduğumu düşünürəm. “Tottenhem”də yaşadığım hər şeyə böyük hörmət bəsləyirəm və mənfi heç bir hiss keçirmirəm. Ancaq yeni bir macəra axtarıram” deyib.

Bənzər yazılar

Back to top button