İqtisadiyyat

Bakı şəhəri üçün 10 000 ədəd zibil konteyneri alınır – 5 milyon pul ayrıldı

“Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin zibil konteynerlərinin satın alınması məqsədilə elan etdiyi tenderin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, tenderin qalibi olan “Tikinti-Təmir-Təchizat- Bərpa” QSC “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC -yə 10 000 ədəd həcmi 1100 litr olan, 4 təkərli, xüsüsi mexanizmli qapağı və əyləc sistemi olan zibil konteyneri satacaq.

“Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC 10 000 ədəd zibil konteyneri üçün “Tikinti-Təmir-Təchizat- Bərpa” QSC -yə 4 milyon 993 min 996 manat ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi 1100 litirlik zibil konteynerinin 1 ədədinin qiyməti 499,4 manat olacaq.

Qeyd edək ki, “Tikinti-Təmir-Təchizat- Bərpa” QSC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Əbilov Elçin İslam oğlu olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri General S. Mehmandarov, ev 98, m 47-də yerləşir.

Məlumat üçün bildirək ki, bir qədər əvvəl “Tikinti Bərpa Firması” MMC adlı şirkət “Sumqayıt Şəhər Təmizlik Departamenti” MMC 575 ədəd 1100 litirlik zibil konteyneri satıb. “Tikinti Bərpa Firması” MMC “Sumqayıt Şəhər Təmizlik Departamenti” MMC-yə 1100 litirlik zibil konteynerinin 1 ədədini qiyməti 516 manata satıb.

Onu da bildirək ki, 4 ay əvvəl – 2019-cu ilin dekabr ayında “Tikinti Bərpa Firması” MMC Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyinin keçirdiyi tenderin qalibi olub. Tender nəticəsində “Tikinti Bərpa Firması” MMC 650 ədəd 1430 litrlik zibil konteyneri satın və 1 ədəd zibil konteynerinin dəyəri 438 manat olub.

Rəqəmlərdən də göründüyü kimi tenderlər zamanı zibil konteyneri fərqli qiymətlərə satın alınır.

Müxtəlif elan saytlarında isə 1100 litrlik metal zibil konteynerinin 420 manata satılması barədə elanlara rast gəlmək mümkündür.

Bənzər yazılar

Back to top button