İqtisadiyyat

Azərbaycanda adambaşına düşən avtomobil sayı Gürcüstan və Ermənistandan azdır (ŞƏRH)

“Vizual olaraq Bakıda avtomobilləri çox görürük və elə bilirik ki, say göstəriciləri bizdə dünya standartlarından yüksəkdir, amma elə deyil. Bu məsələdə Gürcüstandan 2 dəfə geri qalırıq. Ölkəmizdə hər min nəfərə düşən maşın sayı 120-130-a yaxındır. Amma Gürcüstanda bu rəqəm 300-ə yaxınlaşır, hətta Ermənistanda da hər 1000 nəfərə bizdən daha çox maşın düşür (son məlumat 200 civarında idi). Ona görə də Azərbaycanda tıxac məsələsi avtomobillərin çox olması ilə bağlı deyil, məhz infrastruktura görədir”.

AzToday.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Bakının tixac problemini şərh edərkən deyib. Onun sözlərinə görə, tixacın əsas səbəb regionlardan Bakıya kütləvi axınların olmasıdır:

“Bütün iqtisadi fürsətlər Bakıya toplanıb, eyni zamanda əhali də regionlardan Bakıya axın edir, çünki hökumətin zay siyasəti nəticəsində regionlar inkişaf etmədi.

Azərbaycan gətirilən avtomobillərin 70-75%-i də Bakı və Abşeron yarmadasında qalır. Problem məhz buradan qaynaqlanır. Ona görə də əsas məsələ regionların inkişaf etdirilməsi, işğaldan azad olunmuş torpaqlara 1 milyon əhalinin köçürülməsinə nail olmaqdır. Bu zaman avtomobil sayı da mütənasib olaraq bölünəcək və Bakının yükü xeyli azalacaq. Bunun üçün isə normal, planı-proqramı olan hökumət qurmaq lazımdır…”

Bənzər yazılar

Back to top button