Dünya

Meksika səfirinin Rusiyadan tekila xahişi

Meksika səfiri Norma Pensado Rusiya Baş nazirinin müavini Aleksey Overçuka Meksika hakimiyyətinin Avrasiya İqtisadi Birliyinin texniki qaydalarına dəyişiklik edilməsi xahişini çatdırıb.

Qaynarinfo “Vedomosti”yə istinadla xəbər verir ki, Meksika hökuməti və tekila istehsalına nəzarət üzrə yerli Şura tekila və mezkal anlayışlarını sənədə daxil etməyi təklif edib.

Nəşrin qeyd etdiyi kimi, sənəd hazırkı redaksiyasında qüvvəyə minərsə, tekila satışı AİB ölkələrində qadağan edilə bilər. Reqlamentə görə, alkoqollu içkilərdəki metanol miqdarı 0,05%-dən çox olmamalıdır. Meksika standartına görə, tekilada metanol miqdarının 0,03 – 0,3% arasında bir səviyyəsinə icazə verilir.

Rusiya Maliyyə Nazirliyi məktubun alındığını təsdiqləyib. Baş nazir müavininin nümayəndəsi nəşrə Meksika hökumətinin narahatlıqlarının Aİ tərəfdaşlarının diqqətinə çatdırıldığını deyib və tənzimləmənin qüvvəyə minməsinin 1 yanvar 2022-ci ilə qədər təxirə salındığını xatırladıb.

Bənzər yazılar

Back to top button