Cəmiyyət

Gələn il metroda ödəniş bu cür olacaq

“Bakı Metropoliteni” QSC gələn il sərnişinlərə təmassız ödəniş etmək imkanı yaratmağı planlaşdırır.

Bunu “Report”a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, artıq bunun üçün sınaq işləri aparılıb:

“Hazırda texniki dizayn istiqamətində işlər sürətlə davam etdirilir. Sistem istifadəyə veriləndən sonra sərnişinlər “ağıllı” smart saatlardan, mobil cihazlardan, QR kodlardan, bank kartlarından istifadə etməklə ödəniş edə biləcəklər”, – deyə o qeyd edib.

Metro sözçüsü sistemin tətbiqində hər hansı tələskənliyin yolverilməz olduğunu xüsusi vurğulayıb:

“Nəzərə almaq lazımdır ki metropoliten kütləvi sərnişindaşıma vasitəsidir. Ondan gündəlik istifadə edən sərnişinlərin sayı 700 mindən çoxdur. Müəyyən stansiyaların sərnişin axını kifayət qədər çox olduğundan təmassız ödənişlər xüsusi detallı öyrənilməlidir ki, istifadə müddətində hər hansı texniki problem yaşanmasın. Çünki burada digər nəqliyyat vasitələrindən fərqli olaraq istənilən cüzi axsama sərnişindaşıma prosesinə əhəmiyyətli dərəcədə mane ola bilər. Buna görə proseslər tam öyrənildikdən və onun tətbiqinə əminlik yarandıqdan sonra sistem istifadəyə veriləcək”.

Bənzər yazılar

Back to top button