İdman

“Real”da transfer qalmaqalı

“Real”da baş məşqçi və klub prezidenti arasında gərginlik yaranıb.

Fanat.Az İspaniya mediasına istinadən xəbər verir ki, buna səbəb transferlə bağlı anlaşılmamazlıqdı.

Belə ki, klub prezidenti Florentino Peres gələn yay “Tottenhem”lə müqaviləsi başa çatacaq və azad agent olacaq Kristian Erikseni transfer etmək istəyir. Baş məşqçi Zinəddin Zidan isə “Mançester Yunayted”də çıxış edən həmyerlisi Paul Poqbanın alınmasını tələb edir.

Bu səbəbdən prezidentlə baş məşqçi arasında gərginlik yaranıb.

Bənzər yazılar

Back to top button