İdman

Milli DÇ-2022-dən kənarlaşdırılsın – İrandan FİFA-ya məktub

İranda bir qrup futbolçu və futbol mütəxəssisi milli komandalarının DÇ-2022-dən kənarlaşdırılması üçün FİFA-ya müraciət edib.

Qol.az xəbər verir ki, bu barədə “Iran International”ın Tvitter səhifəsi məlumat yayıb.

FİFA-ya ünvanlanan məktubda bildirilib ki, öz xalqına qarşı qəddarlıq göstərən İranın milli komandası mundialda iştirak etməməlidir. Həmçinin bildirilib ki, ölkədə qadınların stadionlara buraxılmaması FİFA kodeksinin pozulmasıdır.

Bir neçə futbolçunun dövlət tərəfindən təqib olunduğu və FİFA-nın İranın bu quruma üzvlüyünü dərhal dayandırmalı olduğu məktubda qeyd edilib.

Xatırladaq ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. İran millisi İngiltərə, Uels və ABŞ milliləri ilə bir qrupda yer alıb.

Bənzər yazılar

Back to top button