Siyasət

Azərbaycan və İordaniya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb

Aprelin 14-də Azərbaycan və İordaniya müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalayıb.

Saziş Azərbaycan müdafiə naziri Zakir Həsənov İordaniya Haşimilər Krallığına rəsmi səfəri çərçivəsində imzalanıb.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində nazir Həsənov İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Yusif Əhməd Al-Hnaiti ilə görüşüb.

Geniş tərkibdə keçirilən görüşdə hərbi, hərbi texniki sahədə əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib”, məlumatda qeyd edilir.

Zakir Həsənov İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn tərəfindən də qəbul edilib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət məktubunu krala çatdırıb.

Görüşdə İordaniya ilə bir çox sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın vacibliyi vurğulanıb.

Bənzər yazılar

Back to top button