Hadisə

Neftçala bələdiyyəsinin sədri büdcə vəsaitlərini mənimsəməkdə şübhəli bilinir

Neftçala şəhər bələdiyyəsinin fəaliyyətində mənimsəmə faktları aşkarlanıb.

Əsasən Neftçala Rayon Prokurorluğunun əməkdaşlarının apardıqları araşdırmalar zamanı bələdiyyə büdcəsindən 3 min 236 manat dəyərində ərzaq yardımının əsassız olaraq silinməsi aşkar edilib.

Bundan əlavə, rayon prokurorluğunun məlumatında qeyd olunur ki, ödəniş tapşırığı ilə ərzaq mağazasına köçürülmüş vəsaitin 8 min 600 manatını bələdiyyə sədri Rövşən Quliyevin mənimsəməsinə əsaslı şübhələr yaranıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanıb.

İstintaq davam edir

Bənzər yazılar

Back to top button