Siyasət

Ərdoğan: “Türkiyə Ukraynada sülhə ümidini itirmir”

Türkiyə Rusiya Federasiyası və Ukrayna liderləri arasında dialoqa ümidini itirmir. Bu gün hər iki tərəf ağır itkilər verir. Əminəm ki, sülhün uduzan tərəfi olmayacaq. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycana səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbətində deyib, “Anadolu” agentliyi bildirib.

Ərdoğan deyib ki, Rusiya prezidenti Vladimir Putinlə son söhbətinin nəticələrinə əsasən onda belə təəssürat yaranıb ki, Ukrayna ilə dialoq məsələsində Rusiya liderinin mövqeyi əvvəlkindən yumşaqdır.

“Yaxın günlərdə telefon danışıqlarının (Putin və Zelenski ilə) nəticələrinə əsasən nə qədər irəli gedə biləcəyimizi anlayacağıq. Ötən gün mən Ukrayna prezidenti Vladimir Zelenski ilə danışdım. Mən onun nitqində maneələrin olmadığını və bu məsələnin həllinə hazır olduğunu hiss etdim. Biz sülhə ümidimizi itirmirik”, –Ərdoğan deyib.

Bənzər yazılar

Back to top button