İdman

Ronaldu bu komandayla məşqlərə başladı – SON DURUM

“Mançester Yunayted”in əsas komandasından qeyri-müəyyən müddətə uzaqlaşdırılan Kriştianu Ronaldu “qırmızı şeytanlar”ın U-21-i ilə məşq edib.

Fanat.az xəbər verir ki, informasiyanı jurnalist Samuel Lakhörst şəxsi “Twitter” hesabı üzərindən yayıb:

“Ronaldu bu gün saat 08:30-da U-21-in məşq bazasına gəlib və çalışmalara başlayıb. Rəhbərliyin qərarına əsasən, portuqaliyalı bu kollektivlə məşq etməlidir”.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində baş tutan “Mançester Yunayted” – “Tottenhem” (2:0) qarşılaşmasının final fiti səsləndirilmədən ehtiyat oyunçular skamyasını tərk edən Ronaldu klub tərəfindən cəzalandırılıb.

Bənzər yazılar

Back to top button