Dünya

“Azərbaycan ABŞ generalına gündəlik 5 min dollar təklif edib” – “Washington Post”

“500-dən çox təqaüdçü ABŞ hərbi qulluqçusu, o cümlədən xeyli sayda general və admiral 2015-ci ildən bəri əsasən insan haqlarının pozulması və siyasi repressiyalarla tanınan ölkələrdə gəlirli işlərdə çalışıblar”.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Təqaüddə olan ABŞ generallarının əksəriyyəti Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Fars körfəzinin digər monarxiyalarında mülki podratçılar kimi çalışıb, həmin dövlətlərin ordularının təkmilləşdirilməsində kritik, böyük ölçüdə görünməz olsa da, rol oynayıblar.

Məlumatda həmçinin qeyd edilib ki, Azərbaycanda ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan generalına gündəlik 5000 dollara konsaltinq proqramı təklif olunub.

Bənzər yazılar

Back to top button